Bu ilin may ayında Türkiyədə su elektrik stansiyalarında (SES) 11,71 milyard kVt-saat elektrik enerjisi istehsal edilib. Bu göstərici müşahidələr tarixində rekord səviyyə hesab olunur.
NUHÇIXAN xəbər verir ki, Türkiyədə su elektrik stansiyalarının istehsalı yazda yağan güclü yağıntılar səbəbindən pik həddə çatıb.
May ayında SES-lərin payına Türkiyədə istehsal olunan ümumi elektrik enerjisinin 43,1 faizi düşüb. Ölkənin elektrik enerjisi istehsalının daha 22,5 faizi isə külək və Günəş elektrik stansiyaları hesabına təmin olunub.
Ümumilikdə, 2026-cı ilin yanvar–may aylarında Türkiyədə su elektrik stansiyalarında 46,4 milyard kVt-saat, külək elektrik stansiyalarında 18 milyard kVt-saat, Günəş elektrik stansiyalarında isə 14,2 milyard kVt-saat elektrik enerjisi istehsal olunub.
Enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar su elektrik stansiyalarını Türkiyə energetikasının “hərəkətverici qüvvəsi” adlandırıb. “Türkiyənin rifahı naminə resurslardan səmərəli yararlanmaqla ölkənin unikal enerji potensialından istifadə etməyə çalışırıq”, - deyə nazir vurğulayıb.
