Ermənistanda yük maşınının iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölən və xəsarət alanlar var.
Bu barədə NUHÇIXAN Ermənistan mediasına istinadən xəbər verir.
Məlumata görə, Ermənistanın Araqatsotn vilayətində yük maşınının iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsində bir nəfər ölüb, daha 11 nəfər xəsarət alıb.
İlkin məlumata əsasən, "Ford" markalı avtomobil və "ZIL" markalı yük maşını toqquşub.
Ermənistan Səhiyyə Nazirliyinin məlumatına görə, xəsarət alanlardan üçü intensiv terapiya şöbəsinə yerləşdirilib, onların vəziyyəti son dərəcə ağırdır.
Daha beş nəfərin vəziyyəti ağır, üç nəfərin vəziyyəti isə yüngüldür.
