Konqoda Ebola virusuna təsdiqlənmiş yoluxma hallarının sayı mini ötüb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Konqonun Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, indiyədək ölkədə 1003 təsdiqlənmiş yoluxma hadisəsi qeydə alınıb, 254 nəfər ölüb. Xəstəlikdən ölüm nisbəti 25,3 faizdir. Hazırda 365 xəstə izolyasiya olunub və ya xəstəxanada saxlanılır, 100 nəfər isə sağalıb.
Yoluxma hallarının sayının artması fonunda, hakimiyyət orqanları Ebola ilə mübarizə tədbirlərini gücləndirməyə davam etdirir. Ölkədə epidemioloji vəziyyətə nəzarət artırılır və diaqnostika sistemlərini təkmilləşdirilir.
