Polşa Prezidenti Türkiyəyə səfərə gedib

A- A A+

Polşa Prezidenti Karol Navrotski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya rəsmi səfərə gəlib.

Bu barədə NUHÇIXAN Türkiyə mətbuatına istinadən xəbər verir.

Qonağı Esenboğa Hava Limanında Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və digər rəsmi şəxslər qarşılayıb.

Səfər çərçivəsində Türkiyə - Polşa münasibətlərin bütün aspektləri nəzərdən keçiriləcək və mövcud əməkdaşlığın inkişafı üçün atıla biləcək addımlar müzakirə ediləcək. Türkiyə və Polşa rəsmilərinin keçirəcəkləri görüşlərdə ikitərəfli münasibətlər, regional və qlobal məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: