Tehran və Vaşinqton arasında yüksəksəviyyəli danışıqların növbəti mərhələsi hazırlanıb

A- A A+

İsveçrədə Pakistan və Qətərin vasitəçiliyi ilə İran və ABŞ arasında keçirilən texniki danışıqlar başa çatıb, tərəflər yüksəksəviyyəli görüşlərin növbəti mərhələsini hazırlayıblar.

NUHÇIXAN xəbər verir ki, “Press TV”nin məlumatına görə, bu barədə İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib. İranın texniki danışıqlar qrupunun rəhbəri Qəribabadi dörd ölkənin iştirak etdiyi texniki danışıqların uğurla yekunlaşdığını və yüksək səviyyəli danışıqların növbəti raunduna hazırlıqların başa çatdığını elan edib.

Onun sözlərinə görə, texniki məsləhətləşmələr zamanı yaradılan dörd işçi qrupu sanksiyaların dayandırılması, nüvə məsələləri, yenidənqurma və iqtisadi inkişaf, eləcə də əldə edilən razılaşmaların monitorinqi və həyata keçirilməsi mövzuları ilə məşğul olacaqlar.

Xatırladaq ki, Pakistan və Qətərin vasitəçiliyi ilə İsveçrədə ABŞ və İran arasında yüksəksəviyyəli danışıqlar baş tutub. Orada texniki danışıqlar da keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: