Uralda qasırğa: 16 nəfər xəsarət alıb

A- A A+

Rusiyanın Sverdlovsk vilayətində 16 nəfərin xəsarət aldığı güclü qasırğadan sonra yardım işləri davam edir.

NUHÇIXAN Rusiya Fövqəladə Hallar Nazirliyinin Sverdlovsk vilayəti üzrə Baş İdarəsinə istinadla xəbər verir ki, qasırğa 22 iyun axşamı Kuşva şəhərini və Barançinski kəndini vurub.

Nazirliyin məlumatına görə, 32 fərdi ev tamamilə dağılıb, daha 99-u isə zədələnib. Bundan əlavə, 25 avtomobil və 15 elektrik xətti də zərərə görüb.

Qasırğadan sonra on altı nəfər tibbi yardım üçün müraciət edib. Təcili yardım və xilasetmə xidmətləri işlərini davam etdirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: