Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Liviyaya səfər edib. O, Benqazidə Liviya Milli Ordusu (LMO) komandanının müavini Səddam Həftarla görüşüb.
NUHÇIXAN Ankaradakı təhlükəsizlik mənbələrinə istinadla xəbər verir ki, MİT rəhbəri və LMO komandanının müavini Liviyada sülh mühitinin qorunması səyləri, həmçinin ölkənin şərqində və qərbində hərbi birləşmələr də daxil olmaqla bu Afrika ölkəsi üçün vahid idarəetmə mexanizminin formalaşdırılması barədə fikir mübadiləsi aparıblar.
Türkiyə-Liviya münasibətlərinə xüsusi diqqət yetirilib. Müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi və ölkələr arasında tərəfdaşlığın gücləndirilməsinin vacibliyi qeyd edilib.
