Çində güclü yağışlar səbəbindən 9 mindən çox sakin təxliyə edilib

A- A A+

Çinin cənub-qərbindəki Quyçjou əyalətində bazar ertəsindən etibarən yağan leysan yağışları ilə əlaqədar 9 mindən çox sakin təxliyə edilib.

NUHÇIXAN "Xinhua" agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Duyun şəhərində daşqınla əlaqədar fövqəladə hallara reaksiya səviyyəsi III-dən II-yə qaldırıldığı üçün məktəblərin fəaliyyəti dayandırılacaq.

Hazırda insan tələfatı barədə məlumat yoxdur.

Leysan yağışları prefekturanın bəzi ərazilərində elektrik təchizatında pozuntulara səbəb olub və elektrik enerjisinin verilişinin bərpası üçün 1000-dən çox mütəxəssis səfərbər edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: