Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə bu gün Vaşinqtonda Livan-İsrail birbaşa danışıqlarının növbəti mərhələsi keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, Livanda döyüşlərə son qoymaq məqsədi daşıyan danışıqlarda İsrailin bu ölkənin cənubundakı bəzi yerlərdən tədricən geri çəkilməsinə dair müzakirələrin aparılması da gözlənilir.
Bu, aprel ayından sonra tərəflər arasında keçirilən sayca beşinci müzakirədir.
