Türkiyənin Kırıkkale vilayətində sursat anbarında partlayış baş verib, ölənlər var

A- A A+

Türkiyənin Kırıkkale vilayətində iyunun 23-də sursatların saxlanılması və utilizasiyası üçün nəzərdə tutulan anbarlardan birində partlayış baş verib.

NUHÇIXAN Türkiyə mediasına istinadla xəbər verir ki, Yahşihan rayonunda baş verən hadisə nəticəsində azı iki nəfər həlak olub.

Yerli vaxtla saat 14:00 radələrində baş vermiş partlayışa səbəb kimi raket göstərilir.

Hadisə yerinə tibb işçiləri, yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma başlanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: