Pit Heqset: “Qızıl günbəz” raketdən müdafiə sistemi uğurla sınaqdan keçirilib

A- A A+

ABŞ-də hazırlanan "Qızıl günbəz" raketdən müdafiə sistemi uğurla sınaqdan keçirilib.

NUHÇIXAN xəbər verir ki, ABŞ müdafiə naziri Pit Heqset bu barədə özünün sosial media hesabında yazıb.

”Bu gün “Qızıl Günbəz” sistemi ilk sınağını uğurla həyata keçirdi və mən bunu şəxsən görmək şərəfinə nail oldum”, - deyə nazir vurğulayıb. Onun sözlərinə görə, sınaqlar zamanı hədəfləri məhv etmək üçün bir nöqtəyə yönəldilmiş enerjidən istifadə edilib.

Xatırladaq ki, Moskva dəfələrlə “Qızıl günbəz” proqramının strateji sabitliyi pozduğunu vurğulayıb. Rusiyanın müdafiə naziri Andrey Belousov qeyd edib ki, o, həm raketlərin ələ keçirilməsini, həm də Rusiya və Çin raketlərinin atışdan əvvəl məhv edilməsini nəzərdə tutur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: