Xorvatiya 2035-ci ilədək müdafiə xərclərini ümumdaxili məhsulunun 3,5 faizinə çatdıracaq

A- A A+

Xorvatiya 2035-ci ilədək müdafiə və təhlükəsizlik sahəsinə ayrılan vəsaitin həcmini ümumdaxili məhsulunun (ÜDM) 3,5 faizinə çatdırmağı hədəfləyir.

NUHÇIXAN xəbər verir ki, bu barədə Kanadada səfərdə olan Xorvatiyanın Baş naziri Andrey Plenkoviç deyib. Hökumət başçısı, həmçinin ölkəsini Avropa İttifaqı və NATO-nun etibarlı üzvü kimi xarakterizə edib.

Xorvatiya hökumətinin məlumatına görə, ölkənin pilotsuz uçuş aparatları istehsalçısı ORQA Kanadanın “Remore Robotica” şirkəti ilə süni intellekt və qabaqcıl dron istehsalı sahəsində strateji tərəfdaşlıq sazişi imzalayıb.

Xatırladaq ki, 2025-ci ilin martında Brüsseldə keçirilən fövqəladə sammitdə Avropa İttifaqının (Aİ) 800 milyard avroluq yenidən silahlanma planı təsdiqlənib. Daha sonra Aİ Şurası müdafiə investisiyaları fondunun (SAFE) mexanizmini təsdiqləyib və may ayında tanklar, haubitsalar və digər hərbi texnikanın alınması üçün Xorvatiyaya 1,7 milyard avro məbləğində krediti rəsmiləşdirib. İyunda Haaqada keçirilən NATO sammitində isə Avropa ölkələrinin hərbi xərclərinin 2035-ci ilədək ÜDM-in 5 faizinə çatdırılması barədə qərar qəbul olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: