Almaniyada hər beş nəfərdən biri tənha yaşayır

A- A A+

Almaniyada tənha yaşayan insanların sayı son 20 ildə əhəmiyyətli dərəcədə artaraq rekord həddə çatıb.

NUHÇIXAN xəbər verir ki, Federal Statistika İdarəsinin (Destatis) açıqladığı ilkin nəticələrə əsasən, 2025-ci ildə Almaniyada 17,3 milyon nəfər tək yaşayıb. Bu da ölkə əhalisinin 20,9 faizini təşkil edir. Bu göstərici 2005-ci ildə 14,2 milyon nəfər və ya əhalinin 17,3 faizini təşkil edib. Beləliklə, son 20 ildə tənha yaşayanların sayı 22,3 faiz artıb.

Statistikaya görə, tək yaşayanların payı xüsusilə yaşlılar arasında yüksəkdir. Yaşı 65 və yuxarı şəxslərin 34,4 faizi, 85 yaşdan yuxarı insanların isə 55,8 faizi tək yaşayır. Eyni zamanda, 25-34 yaşlı gənclərin 28,7 faizi də tək yaşayanlar qrupuna daxildir. Qadınlar arasında bu göstərici 21,5 faiz, kişilər arasında isə 20,4 faiz təşkil edib.

Tək yaşayanların payı iri şəhərlərdə daha yüksəkdir. Əhalisi 100 min nəfərdən çox olan şəhərlərdə sakinlərin 25,9 faizi tək yaşayır. Kiçik yaşayış məntəqələrində isə bu göstərici 17,2 faizdir.

Almaniya tənha yaşayan insanların payına görə Avropa İttifaqında ən yüksək göstəricilərdən birinə malik ölkələr sırasındadır. Aİ üzrə orta göstərici 16,5 faiz olduğu halda, Almaniyanı yalnız Litva (31,4 faiz), Finlandiya (25,8 faiz), Danimarka (24,3 faiz), Estoniya və İsveç (hər biri 22 faiz) qabaqlayır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: