Şimali Koreya əsgəri Cənubi Koreya ərazisinə keçib

A- A A+

Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahı Şimali Koreyadan olan əsgərin sərhədi keçdikdən sonra saxlanıldığını açıqlayıb.

NUHÇIXAN Yonhap agentliyinə istinadla xəbər verir ki, əsgər iki ölkə arasındakı sərhədi iyunun 24-də gecə saatlarında keçib. Cənubi Koreya sərhədçiləri onu dərhal saxlayıblar. Hazırda araşdırma aparılır. Bu, son bir ildə Şimali Koreyadan olan şəxslərin Cənubi Koreyaya keçməsi ilə bağlı 4-cü hadisədir.

Qeyd edək ki, 2025-ci ilin sonuna olan məlumata görə təxminən 34 min 500 şimali koreyalı Cənubi Koreyaya keçərək burada məskunlaşıb. Təkcə ötən il 224 nəfər şimali koreyalı cənuba sığınıb. İki ölkə arasında faktiki sərhəd rolunu oynayan demilitarizasiya zonası (DMZ) möhkəmləndirilmiş, minalanmış və təhlükəli olduğundan birbaşa sərhəd keçidləri olduqca nadirdir. Buna görə də ölkədən qaçanların əksəriyyəti Çinə keçdikdən sonra üçüncü ölkələr (Vyetnam, Tailand və s.) vasitəsi ilə Cənubi Koreyaya sığınır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: