Türkiyənin İstanbul şəhərində keçirilən əməliyyat zamanı 250 kiloqrama yaxın narkotik vasitə ələ keçirilib.
NUHÇIXAN "TRT Haber"a istinadən xəbər verir ki, İstanbul Polis İdarəsi Narkotik Cinayətlərlə Mübarizə Şöbəsinin əməkdaşları Beşiktaşda bir ev və bir avtomobildə əməliyyat keçirib.
Əməliyyatlar nəticəsində iki nəfər saxlanılıb və onlardan 250 kq narkotik vasitə aşkarlanaraq götürülüb.
Araşdırma aparılır.
