Dubay Beynəlxalq Hava Limanının simvolik qülləsi yenilənib

A- A A+

Dubay Beynəlxalq Hava Limanında yeni hava hərəkətinin idarə edilməsi qülləsinin dizaynı təqdim edilib.

NUHÇIXAN rəsmi WAM agentliyinə istinadla xəbər verir ki, yeni dizaynla qüllədə Birləşmiş Ərəb Əmirliklərinin bayrağının rəngləri əks olunub. Təqdimat mərasimində Dubay polisi tərəfindən xüsusi nümayiş də keçirilib.

Bildirilib ki, 89 metr hündürlüyündə olan yeni qüllə hava limanının gündəlik fəaliyyətində mühüm rol oynayır. Qüllədə fəaliyyət göstərən idarəetmə mərkəzi təyyarələrin gəlişi, yola düşməsi və hərəkətinin təhlükəsizliyini təmin edir.

Qeyd olunub ki, 1960-cı ildə fəaliyyətə başlayan Dubay Beynəlxalq Hava Limanı hazırda dünyanın ən işlək beynəlxalq hava limanlarından biri hesab edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: