Ukrayna Krasnodarda neft bazasına zərbə endirib

A- A A+

Ukraynanın pilotsuz uçuş aparatları ilə hücumundan sonra Rusiyanın Krasnodar diyarında "Poltavskaya" neft bazasında yanğın baş verib.

NUHÇIXAN "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə OSINT kanalları məlumat yayıb.

Onların məlumatına görə, hadisə iyunun 25-nə keçən gecə baş verib. Krasnoarmeysk rayonunun rəhbəri Aleksandr Xaritonov neft bazasının ərazisinə PUA qalıqlarının düşdüyünü bildirərək yanğın faktını təsdiqləyib.

"PUA qalıqlarının düşməsi nəticəsində neft bazasında yanğın baş verib. Hadisə yerində təcili xidmətlər işləyir", - OSINT kanalları məmurun sözlərindən sitat gətirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: