İlin əvvəlindən bəri Qazaxıstanda yanacaq və sürtkü yağlarının ölkədən qanunsuz çıxarılması ilə bağlı 712 cəhdin qarşısı alınıb.
NUHÇIXAN Qazaxıstan Respublikasının Maliyyə Monitorinqi Agentliyinə istinadla xəbər verir ki, əməliyyatlar Daxili İşlər Nazirliyi və Sərhəd Xidməti ilə birgə aparılıb. Neft məhsullarının qanunsuz dövriyyəsi və qaçaqmalçılığı ilə bağlı səkkiz məhkəməyəqədər araşdırma başlanıb.
Manqistau bölgəsində 2022-ci ildən bəri 28.500 tondan çox uçota alınmamış neft emal edən qanunsuz minineft emalı zavodu aşkar edilib. Məhsullar xaricə yanacaq kimi ixrac edilib.
Türküstan bölgəsində dövlət sərhədi boyunca xüsusi tikilmiş tunel vasitəsilə Özbəkistana benzin qaçaqmalçılığını təşkil edən transmilli cinayətkar qrupun fəaliyyəti dayandırılıb. Cinayətkarlar uzunmüddətli həbs cəzasına məhkum ediliblər. Bundan əlavə, Qırğızıstana Aİ-92 benzininin qaçaqmalçılığı ilə məşğul olan cinayətkar qrupla bağlı istintaq başa çatıb. Qanunsuz ixrac edilən yanacağın ümumi həcmi 190.000 tonu keçib.
Qaçaqmalçılıq cəhdi zamanı “Türksib” stansiyasında qanunsuz olaraq təxminən 500 ton benzin daşıyan səkkiz dəmir yolu sisterni saxlanılıb.
