Cənubi Koreya Prokurorluğu Yun Sok Yol üçün yenidən ölüm hökmü tələb edib

A- A A+

Cənubi Koreya Prokurorluğu Apelyasiya Məhkəməsində keçmiş Prezident Yun Sok Yolun ölüm cəzasına məhkum olunmasını yenidən tələb edib.

NUÇIXAN xəbər verir ki, bu barədə Yonhap Xəbər Agentliyi məlumat yayıb. Qeyd edilib ki, Seul Ali Məhkəməsində keçirilən dinləmədə prokurorluq əvvəlki mövqeyini təkrarlayıb.

Birinci instansiya məhkəməsi bu ilin fevralında Yun Sok Yolu ömürlük həbs cəzasına məhkum etmişdi.

Qeyd edək ki, Yun Sok Yol 2024-cü ilin dekabrında konstitusiyaya zidd olaraq hərbi vəziyyət elan etdiyinə görə hakimiyyətdən uzaqlaşdırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: