NATO-nun Baş katibi ABŞ Prezidenti Donald Trampın alyansın ABŞ-nin İrana qarşı kampaniyasına kömək etməməsi barədə narazılığını tərif və diaqramlarla yumşaltmağa çalışıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinin məqaləsində deyilir. “Oval kabinetdə ABŞ Prezidenti ilə görüşən Mark Rütte qızılı hərflərlə yazılmış parlaq qırmızı sütunlu diaqramlar olan plakatları nümayiş etdirib. Diaqramlarda Donald Trampın 2017-ci ildə dövlət başçısı vəzifəsinə başladıqdan bəri NATO ölkələrinin müdafiəyə nə qədər çox pul xərclədiyi göstərilib”, - deyə məqalə müəllifi bildirib.
Alyansın Baş katibinin sözlərinə görə, Avropa ölkələrinin müdafiə xərclərini ABŞ ilə eyni səviyyəyə çatdırması 1950-ci illərdə Duayt Eyzenhauer administrasiyasından bəri əldə edilməyən həqiqətdir. Lakin Donald Tramp bundan təsirlənməyib və İrana qarşı hərbi kampaniyada ABŞ-yə NATO bazalarından istifadəyə icazə verilməməsi ilə bağlı məyusluğunu bir daha vurğulayıb.
Xatırladaq ki, Donald Tramp əvvəllər də Avropanın aparıcı ölkələrinin bəzi liderlərindən narazılığını ifadə etmişdi. O, əsasən də Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və İspaniyanın hərəkətlərindən məyus olduğunu vurğulamışdı.
