Britaniyada hər dörd universitet məzunundan biri ali təhsil səbəbindən maliyyə itkisi ilə qarşılaşır

A- A A+

Böyük Britaniya hökumətinin sifarişi ilə hazırlanan yeni hesabat göstərir ki, universitet məzunlarının təxminən dörddə biri ali təhsil aldıqları üçün ömür boyu maliyyə baxımından daha pis vəziyyətdə qalır.

NUHÇIXAN “The Independent”ə istinadla xəbər verir ki, Maliyyə Araşdırmaları İnstitutunun hazırladığı araşdırma göstərir ki, ali təhsil əksər məzunların gəlirlərini artırsa da, tələbə kreditlərinin geri ödənişi və vergi öhdəlikləri nəzərə alındıqda məzunların 25 faizi maliyyə itkiləri ilə üzləşirlər. Hesabatda qeyd olunur ki, bəzi hallarda bu itkilər olduqca böyükdür. Belə ki, hər on kişi məzundan biri ömrü boyu 90 min funt sterlinqdən çox maliyyə itkisinə məruz qala bilər.

Araşdırmanın nəticələri universitet təhsilinin dəyəri və tələbə borclarının sürətlə artması ilə bağlı Böyük Britaniyada davam edən müzakirələr fonunda açıqlanıb. Bu ilin əvvəlində hökumət İngiltərədə tətbiq olunan “Plan 2” tələbə kreditləri üzrə faiz dərəcələrinə məhdudiyyət qoymağa məcbur olub. Bu qərar məzunların geri ödədiyi məbləğlərlə bağlı yaranmış ciddi narazılıqlardan sonra qəbul edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: