Türkiyə XİN Portuqaliya parlamentinin 1915-ci il hadisələri ilə bağlı açıqlamasına münasibət bildirib
Türkiyə Xarici İşlər Nazirliyi Portuqaliya parlamentinin 1915-ci il hadisələri ilə bağlı açıqlamasına münasibət bildirib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat yayılıb.
Bildirilir ki, tarixi hadisələri siyasiləşdirməklə beynəlxalq və Avropa hüququnu dəyərdən salan bu yanaşmanı əsla qəbul etmirik. Portuqaliya parlamentindən siyasi məqsədlər üçün həqiqətləri təhrif etmək yerinə tarixi proseslərə dair arxiv sənədlərinə və hüquqa hörmət göstərməyi gözləyirik.