Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov VK tətbiqinin “App Store”dən silinməsi ilə bağlı “Apple” şirkətindən aydınlıq gətirilməsinin vacibliyini bildirib.
NUHÇIXAN xəbər verir ki, VK sosial şəbəkəsi, habelə “Odnoklassniki” və “Zen” də daxil olmaqla holdinq şirkətinin bir neçə digər xidməti “App Store”dən silinib.
Kremlin sözçüsü bildirib: “Bu, şübhəsiz ki, həmin xidmətin etibarlılığı və kommersiya xidməti təminatçısı kimi nə dərəcədə etibarlı ola biləcəyi ilə bağlı suallar doğurur”.
Peskovun sözlərinə görə, əgər “App Store” məsələyə aydınlıq gətirməsə, şirkətlə gələcək qarşılıqlı fəaliyyətə yenidən baxılmalıdır.
