Aİ Ukraynaya 3,2 milyard avro kredit tranşı ayırıb

A- A A+

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen cümə axşamı günü Ukraynaya 90 milyard avroluq kreditdən 3,2 milyard avro məbləğində makromaliyyə yardımının (MFA) birinci tranşının ayrıldığını və dron istehsalı üçün maliyyələşdirməni elan edib.

NUHÇIXAN xəbər verir ki, Fon der Lyayen bu açıqlamanı Qdanskda keçirilən Ukraynanın Yenidənqurma Konfransının açılışı zamanı verib.

“Evropeyskaya pravda” müxbiri məlumat verib ki, AK Prezidentinin sözlərinə görə, Rusiya-Ukrayna müharibəsinin başlanğıcından bəri Aİ və onun üzv dövlətləri Ukraynaya təxminən 200 milyard avro yardım göstərib.

“Bu gün biz həmin kreditin ilk tranşını veririk. Bu, 3,2 milyard avroluq makromaliyyə yardımıdır. Həmin ödənişi bu gün elan etməkdən məmnunam”, - deyə Fon der Lyayen bildirib.

O, həmçinin yaxın günlərdə Aİ-nin Ukraynaya dron istehsalı üçün ayrılmış 6 milyard avroluq paketdən vəsait ayırmağa başlayacağını açıqlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: