Livan Səhiyyə Nazirliyi: Eskalasiya başlayandan bəri ölənlərin sayı 4 230 nəfərə çatıb

A- A A+

Martın 2-də eskalasiya başlayandan bəri İsrailin zərbələri nəticəsində Livanda ölənlərin sayı 4 230-a, yaralıların sayı isə 12 179 nəfərə çatıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

Nazirlikdən vurğulanıb ki, iyunun 19-dan tərəflər arasında müəyyən edilmiş barışığa rəğmən, İsrail atəşkəs rejimini pozmağa davam edir.

"İyunun 23-dən etibarən İsrailin hücumları nəticəsində Nəbatiyyə şəhəri ərazisində 7 nəfər həlak olub", - Səhiyyə Nazirliyindən əlavə edilib.

Bundan əlavə, ölkənin cənub rayonlarında axtarış-xilasetmə işləri zamanı bombardmanlarda ölən 29 vətəndaşın meyiti tapılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: