Venesuelada baş verən zəlzələnin qurbanlarının sayı artır

A- A A+

Venesuelada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 589-a çatıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə cümə günü prezident vəzifəsini icra edən Delsi Rodrigez bildirib. Onun sözlərinə görə, 2980 nəfər yaralanıb.

Axtarış-xilasetmə işləri davam etdiyindən, ölənlərin sayının xeyli artacağı istisna edilmir.

Rodrigez Venesuelanın dövlət televiziyası VTV-yə verdiyi açıqlamada beynəlxalq yardım və təcili yardım qruplarının gəlişini alqışlayıb.

VTV, həmçinin axtarış-xilasetmə qruplarının səylərini zəlzələdən ən çox təsirlənən La Quayra əyalətinə yönəltdiyini bildirib. Hökumət Karakasda ehtiyacı olanlar üçün ərzaq, su və dərman ehtiyatı mərkəzi yaratdığını açıqlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: