Yüngülmühərrikli təyyarə Pekinin ən uca göydələninə çırpılıb

A- A A+

İyunun 26-da axşamüstü yüngülmühərrikli təyyarə Pekinin ən hündür göydələninə çırpılıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə sosial mediada videolar yayılıb.

Hadisədən dərhal sonra polis göydələnin ətrafındakı yolları bağlayıb.

“CITIC Tower” və ya “China Zun” kimi tanınan bina Pekinin mərkəzi biznes rayonunda yerləşən 108 mərtəbəli göydələndir.

Şahidlərin sözlərinə görə çırpılma nəticəsində binanın 2 şüşə paneli zədələnib. Təyyarənin qalıqları yerə düşüb.

Hakimiyyət orqanları hadisə barədə heç bir məlumat verməyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: