Türkiyənin Adana bölgəsində narkotik vasitə satmaqda şübhəli bilinən şəxslərə qarşı əməliyyat keçirilib.
NUHÇIXAN-ın "Haber Global"a istinadən xəbərinə görə, Adana polisinin keçirdiyi əməliyyat nəticəsində 70 nəfər saxlanılıb.
Onlardan 58-i barəsində həbs qətimkan tədbiri seçilib, digərləri polis nəzarəti ilə şərti sərbəst buraxılıb.
Faktla bağlı araşdırmalar davam edir.
