Fransanın paytaxtı Parisdə dünən anomal istilər səbəbindən 109 nəfərin öldüyü bildirilir.
NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, bu rəqəmə yalnız evlərində və ictimai yerlərdə ölənlər aiddir, qocalar evlərində və xəstəxanalarda ölüm halları daxil deyil.
Anomal istilər səbəbindən Parisdə xəstəxanalar “təcili yardım planı”nı aktivləşdirib. Fransada fövqəladə hallar zamanı səhiyyə müəssisələrində aktivləşdirilən bu plana məzuniyyətdə olan işçilərin iş yerinə çağırılması, çarpayı tutumunun artırılması və təcili olmayan əməliyyatların təxirə salınması kimi addımlar daxildir.
Paris və ətraf ərazilər də daxil olmaqla 37 əyalətdə qırmızı, 48 əyalətdə isə anomal istilər səbəbindən narıncı həyəcan siqnalı verilib.
