Putin: Rusiya–Ukrayna danışıqları Minskdə keçirilə bilər

A- A A+

Rusiya Prezidenti Vladimir Putin Rusiya–Ukrayna danışıqlarının mümkün nəticə verəcəyi halda, Minsk şəhərinin danışıqlar üçün məkan ola biləcəyini bildirib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Putin “Vesti”nin jurnalisti Pavel Zarubinə müsahibəsində danışıb.

Dövlət başçısı qeyd edib ki, Belarus bu prosesdə vasitəçi və danışıqlar məkanı kimi istifadə oluna bilər.

“Mən əminəm ki, danışıqlar nə vaxtsa nəticə verərsə, Belarusun imkanlarından da istifadə etmək olar”, – deyə Putin bildirib.

O, həmçinin Belarus Prezidenti Aleksandr Lukaşenkonun mübahisəli məsələlərin sülh yolu ilə həllinə yönəlmiş təşəbbüsləri dəstəklədiyini vurğulayıb.

Putin xatırladıb ki, 2014-cü il Minsk razılaşmaları da daxil olmaqla, Rusiya–Ukrayna danışıqları əvvəllər də bu şəhərdə aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: