Media: Hörmüz boğazında gəmiçiliyin bərpası minalar səbəbindən bir neçə ay çəkə bilər

A- A A+

Hörmüz boğazında dəniz nəqliyyatının müharibədən əvvəlki səviyyəyə qayıtması minaların təmizlənməsi zərurəti səbəbindən bir neçə ay çəkə bilər.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Financial Times” nəşrinin məlumatında qeyd olunub.

Məlumata görə, Yaponiyanın “NYK Line” gəmiçilik şirkətinin rəhbəri Takaya Soqa nəşrə açıqlamasında bildirib ki, atəşkəsin qüvvədə olmasına baxmayaraq, bölgədə dəniz daşımalarının tam bərpası üçün uzun müddət tələb olunacaq.

Onun sözlərinə görə, hazırda gəmiçilik marşrutları ciddi şəkildə məhdudlaşıb və gəmilər yalnız İranın Larak adası yaxınlığından və Oman sahilləri boyunca hərəkət edə bilir. Bildirilir ki, Hörmüz boğazında 80-ə yaxın minanın qaldığı ehtimal olunur.

Şirkət rəhbəri əlavə edib ki, gəmilər boğaza sərbəst daxil olub-çıxa bilsələr belə, nəqliyyat həcmi bir müddət normal səviyyənin yarısından aşağı qalacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: