İsrail Müdafiə Qüvvələri Livanın cənubunda Hizbullah hərəkatına məxsus üç komandanlıq məntəqəsinə zərbələr endirib.
NUHÇIXAN İsrailin TPS-IL informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Müdafiə Qüvvələri bəyanat yayıb. Əməliyyatın Hizbullahın atəşkəs rejimini pozmasına cavab olaraq həyata keçirildiyi bildirilib. Məlumata görə, zərbələr Livanın cənubundakı Nəbatiyə və Mayfadun bölgələrində yerləşən komandanlıq məntəqələrinə endirilib.
Bəyanatda, həmçinin İsrail hərbçilərinin Hizbullahın onlara atəş açmaq üçün istifadə etdiyi raket buraxılış qurğusunu da məhv etdiyi qeyd olunub.
