Britaniyaya məxsus sərnişin təyyarəsi Almaniyaya təcili eniş edib

A- A A+

Böyük Britaniyanın “Jet2” aviaşirkətinə məxsus “Airbus A321” sərnişin təyyarəsi göyərtədə naməlum tüstülənmə ilə əlaqədar Almaniyanın Erfurt şəhər aeroportuna məcburi eniş edib.

NUHÇIXAN “Spiegel” nəşrinə istinadla xəbər verir ki, Yunanıstandan London istiqamətində uçan təyyarədə 225 sərnişin və 7 ekipaj üzvü olub.

Təyyarə təhlükəsiz şəkildə Erfurta eniş edib və göyərtədəkilər təxliyə olunublar. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Tüstülənmənin səbəbi araşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: