Pezeşkian: Tehran və Doha İranın 6 milyard dollarlıq aktivinin qaytarılması barədə razılığa gəliblər

A- A A+

Tehran və Doha İranın Qətərdə yerləşən 12 milyard dollarlıq dondurulmuş aktivlərindən 6 milyard dollarının qaytarılması barədə razılığa gəliblər.

NUHÇIXAN xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib. “Əldə edilən razılaşmalara uyğun olaraq, İranın Qətərdə saxlanılan 12 milyard dollarlıq dondurulmuş vəsaitinin 6 milyard dolları ölkəyə qaytarılacaq. Qalan vəsaitlərin qaytarılması üçün də işlər davam edir”, - deyə İran dövlət başçısının mətbuat xidməti prezidentdən sitat gətirib.

Qeyd edək ki, iyunun 20-də “The Wall Street Journal” qəzeti ABŞ və Qətərin İranın dondurulmuş aktivlərinin bir hissəsini humanitar yardım üçün istifadə etməsi mexanizmi üzərində işlədiklərini yazmışdı. Nəşrin məlumatına görə, Tehran ilk olaraq Qətərdə saxlanılan 6 milyard dollara çıxış əldə edə bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: