“Le Monde”: Fransadan Burkina-Fasodakı səfirliyini bağlamaq tələb olunur

A- A A+

Fransa ilə diplomatik münasibətləri kəsən Burkina-Faso hakimiyyəti Parisə ölkədəki səfirliyini bağlamaq üçün yeddi gün vaxt verib.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Le Monde” qəzeti mənbələrə istinadla məlumat yayıb. Qəzetin məlumatına görə, Fransa səfiri Burkina-Fasodan 2023-cü ilin yanvarında çıxıb və həmin vaxtdan bəri onun vəzifələrini müvəqqəti işlər vəkili icra edib.

Burkina-Fasonun Fransa ilə diplomatik əlaqələri kəsmək qərarı Avropa Parlamentinin qətnaməsi ilə əlaqələndirilir. İyunun 18-də qəbul olunan qətnamədə Burkina-Fasoda fundamental vətəndaş azadlıqlarının məhdudlaşdırılması pislənilib. Qətnamənin müəllifi fransız deputat Kristof Qomart Avropa Parlamentində Burkina-Faso “xuntasının” dramatik iflasından danışıb. Qətnamə ilə bağlı səsvermədən sonra, iyunun 22-də Avropa İttifaqının nümayəndəsi Burkina-Faso Xarici İşlər Nazirliyinə çağırılıb və ona kəskin etiraz bildirilib.

İyunun 27-də Burkina-Faso hökuməti Fransa ilə diplomatik əlaqələri kəsdiyini bəyan edərək, Fransanı Afrika dövlətinin maraqlarına zidd hərəkətlər etməkdə təqsirləndirib.

Fransa Xarici İşlər Nazirliyi isə öz növbəsində bildirib ki, Paris Burkina-Fasonun münasibətləri kəsmək qərarından sonra mümkün cavab tədbirlərini nəzərdən keçirir.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: