Venesuelada humanitar böhran: 1,8 milyon insan kömək gözləyir

A- A A+

Venesuelada baş verən zəlzələdən sonra təxminən 1,8 milyon insanın, o cümlədən 680 minə yaxın uşağın humanitar yardıma ehtiyacı var.

NUHÇIXAN xəbər verir ki, bu rəqəmlər BMT-nin Uşaq Fondunun (UNICEF) açıqlamasında yer alıb,

Bəyanatda deyilir: “İyunun 24-də Venesuelada baş verən dağıdıcı zəlzələlərdən sonra humanitar yardıma ehtiyacı olan 1,8 milyon insanın təxminən 680 minini uşaqlar təşkil edir”.

Təşkilatın Venesueladakı nümayəndəsinin sözlərinə görə, ölkədəki xəstəxanalar tam gücü ilə işləyir, minlərlə uşağın təmiz suya çıxışı yoxdur. Paytaxt Karakasda 432 məktəb, yəni regiondakı bütün təhsil müəssisələrinin üçdəbirindən çoxu zədələnib. Qalan məktəblər evsiz ailələr üçün sığınacaq kimi istifadə olunur.

Xatırladaq ki, iyunun 24-də Venesuelada iki güclü zəlzələ baş verib. ABŞ Geoloji Xidmətinin məlumatına görə, birinci zəlzələnin gücü 7,2, ikincisi isə 7,5 bal olub. Son məlumatlara görə, ölənlərin sayı 1450 nəfərə çatıb, Xəsarət alan 3200-dən çox insan xəstəxanaya yerləşdirilib. Çoxsaylı yaşayış binaları dağılıb, infrastruktur və xəstəxanalar zədələnib, ölkənin əsas hava limanı bağlanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: