Avropa Komissiyası Rusiya vətəndaşlarına turistik vizaların verilməsinə tam qadağanın tətbiqini müzakirə edir.
NUHÇIXAN xəbər verir ki, bu barədə "İzvestiya"ya Avropadan olan mənbə bildirib.
"Bu təkliflər Avropa İttifaqına üzv ölkələrlə əlaqələndirilmiş şəkildə müzakirə olunur", - qəzetin həmsöhbəti qeyd edib.
Daha əvvəl Rusiyadan olan turistlərin girişini qadağan etmək təşəbbüsü ilə Almaniyanın Avropa Parlamentindəki Xristian Demokratik və Xristian Sosial İttifaqları (XDP/XSİ) blokunun fraksiyası çıxış etmişdi.
İyunun ortalarında Rusiya mediası məlumat vermişdi ki, Avropa İttifaqında yazın əvvəlindən Rusiya vətəndaşlarına artıq verilmiş Şengen vizaları və Avropa ölkələrində yaşamaq icazələri ilə bağlı qərara yenidən baxılması təklifi müzakirə olunur.
