Fransada anomal istilər 10-dan çox evsiz insanın həyatına son qoyub

A- A A+

“Les Morts de la rue” assosiasiyasının rəhbəri Berenger Grizoni “France Inter” radiosuna bildirib ki, ölkədə ötən həftədən bəri davam edən anomal istilər səbəbindən 10-dan çox evsiz insan həyatını itirib.

NUHÇIXAN xəbər verir ki, assosiasiyanın bildirdiyinə görə, ölüm halları Parisdə qeydə alınıb. Berenger Grizoni qeyd edib ki, qurbanlar əsasən kişilər, tək və sosial cəhətdən təcrid olunmuş insanlar olub və bu statistika tam deyil. Ölüm hallarına küçədə, müvəqqəti sığınacaqlarda və nəqliyyat vasitələrində rast gəlinib.

Assosiasiyanın rəhbəri bildirir ki, evsizlər üçün kifayət qədər sığınacaq təmin edilməyib. “Ən narahatedici məqam odur ki, istilik dalğası sığınacaqsız insanları birbaşa ölüm riski ilə üz-üzə qoyur”, – deyə o vurğulayıb.

Grizoni əlavə edib ki, Fransada evsizlik probleminin miqyası yaxşı məlumdur, lakin buna baxmayaraq, davamlı xəbərdarlıqlar edilir. Onun fikrincə, fövqəladə vəziyyətə yalnız reaksiya verməklı iş bitmir, əvvəlcədən planlama aparmaq lazımdır. Fransada ən azı 350 min evsiz insanın olduğu bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: