Keyko Fuhimori Perunun ilk qadın prezidenti seçilib

A- A A+

Perunun mühafizəkar “Xalqın gücü” Partiyasının lideri Keyko Fuhimori prezident seçkilərinin ikinci turunda qalib gəlib.

NUHÇIXAN xəbər verir ki, Perunun Milli Seçki Komissiyasının məlumatına görə, Keyko Fuhimori prezident seçkilərinin iyunun 7-də keçirilən ikinci turunda səslərin 50,1 faizini, solçu “Peru üçün birlikdə” Partiyasının namizədi Roberto Sançes isə 49,86 faizini toplayıb.

Keyko Fuhimori iyulun 3-də rəsmən qalib elan ediləcək, andiçmə mərasimi isə iyulun 28-də keçiriləcək.

Ölkənin sabiq Prezidenti Alberto Fuhimorinin qızı olan 51 yaşlı Keyko Fuhimori Perunun ilk qadın prezidenti olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: