Qazaxıstanda bu tədris ilində Mərkəzi Asiyanın ilk ixtisaslaşmış süni intellekt universiteti fəaliyyətə başlayacaq.
NUHÇIXAN Qazaxıstanın Kazinform informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Prezident Kasım-Jomart Tokayev parlamentin hər iki palatasının birgə iclasında çıxışı zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, ölkə rəqəmsal suverenliyini gücləndirir və yüksək texnologiyalar sahəsində regional mərkəzə çevrilməyi hədəfləyir. Onun sözlərinə görə, bu məqsədə çatmaq üçün ixtisaslı kadr hazırlığı prioritetlərdən biridir.
Prezident bildirib ki, artıq Alem.ai platforması əsasında iki innovativ məktəb fəaliyyətə başlayıb, yaxın aylarda isə regionun ilk süni intellekt universiteti tələbələri qəbul edəcək. Tokayev, həmçinin dövlət idarəçiliyində rəqəmsal transformasiyanın sürətləndirilməsinin və GovTech modelinə keçidin vacibliyini vurğulayıb.
