NATO-nun şərq cinahı gücləndirilir: yeni alman-niderland qərargahı fəaliyyətə başlayıb

A- A A+

Almaniya və Niderland NATO sammitinə hazırlıq çərçivəsində Rusiyanı çəkindirmək məqsədilə Baltikyanı regionda hərbi komandanlıq mərkəzi yaradıblar.

NUHÇIXAN xəbər verir ki. “Bloomberg” agentliyinin məlumatına görə, birinci alman-niderland korpusu komandanlığı alyansın şərq cinahının müdafiəsinin bir hissəsi olan çoxmillətli “Şimal-Şərq” korpusundan təhvil alıb. Təhvil-təslim mərasimi çərşənbə axşamı günü Estoniyanın Latviya ilə sərhədində yerləşən Valqa şəhərində baş tutub.

Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, NATO-nun şərq cinahına daha bir yüksəkeffektli qərargahın əlavə edilməsi döyüş hazırlığını artıracaq, komandanlıq və nəzarət strukturlarını gücləndirəcək və istənilən potensial düşməni çəkindirmək qabiliyyətini yüksəldəcək.

Yeni qərargah Estoniya və Latviyadakı NATO bölmələri, eləcə də milli qüvvələr üçün taktiki komandanlıq mərkəzi kimi fəaliyyət göstərəcək. O, potensial münaqişə halında təlimlərə və regionun müdafiəsinə məsuliyyət daşıyacaq.

Bundan əvvəl İsveç və Polşa Baltik dənizi regionunda müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəlib və müvafiq pakt imzalayıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: