Albaniyada etirazçılarla polis arasında gərginlik yaşanıb

A- A A+

Albaniyanın paytaxtı Tirana şəhərində parlament binası qarşısında keçirilən etiraz aksiyası zamanı nümayişçilərlə polis arasında gərginlik yaşanıb.

NUHÇIXAN Albaniyanın ATA informasiya agentliyinə istinadla xəbər verir ki, parlamentin plenar iclası ilə eyni vaxta təsadüf edən aksiyada etirazçılar hökumət əleyhinə şüarlar səsləndirib, parlamentin girişlərini bağlamağa cəhd göstəriblər və avtomobillərə yumurta atıblar.

Polis etirazçıların parlament binasına daxil olmasının qarşısını almaq üçün təhlükəsizlik kordonu yaradıb, daha sonra əlavə qüvvələr və Çevik Müdaxilə Qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisələr zamanı bir neçə nəfər saxlanılıb. Bundan sonra etirazçılar Tirana Yerli Polis İdarəsinə yürüş edərək saxlanılanların azad olunmasını tələb ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: