Venesuelada iyunun 24-də baş vermiş güclü zəlzələdən sonra 6 mindən çox insan xilas edilib, on minlərlə ailəyə humanitar yardım göstərilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriges dövlət telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, təbii fəlakətdən sonra ümumilikdə 6461 nəfər xilas edilib, 80 min 870 ailəyə yardım göstərilib.
Rodriges əlavə edib ki, 28 min 380 nəfər xəstəxanalarda və müvəqqəti səhra düşərgələrində tibbi yardım alıb. Zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinə 26 mindən çox hərbi qulluqçu, 15 min 467 könüllü və 3660 xarici xilasedici cəlb olunub.
Xatırladaq ki, rəsmi məlumatlara əsasən, Venesuelada 7,2 və 7,5 bal gücündə iki zəlzələ nəticəsində 1943 nəfər həlak olub, 10 min 571 nəfər isə yaralanıb.
