Braziliya hakimiyyəti dağıdıcı zəlzələ nəticəsində zərər çəkmiş Venesuela infrastrukturunun bərpasında iştirak etməyi düşünür.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə "Brasil 247" portalı xəbər verib.
Nəşrin məlumatına görə, Braziliyanın müdafiə naziri Xose Musio Monteyro Karakasa səfəri zamanı təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün iki ölkə arasında əməkdaşlığın uzunmüddətli gücləndirilməsinin vacibliyini bildirib.
"Başqa necə kömək edə biləcəyimizi araşdıracağıq. Bundan sonra Braziliya və Venesuela birləşib", - müdafiə naziri Bolivar Respublikasının rəhbərliyi ilə görüşdən sonra bildirib.
Nazirin sözlərinə görə, Braziliya maliyyə qurumlarının nümayəndələri də ölkənin bərpa işlərində uzunmüddətli iştirakını qiymətləndirmək üçün Venesuelaya gəliblər.
