Monqolustanda 18 yaşdan kiçik şəxslərə moped, elektrikli skuter, elektrikli velosiped və digər oxşar yüngül elektrikli nəqliyyat vasitələrini idarə etməyi qadağan edən qanun dəyişikliyi qüvvəyə minib.
NUHÇIXAN Monqolustanın Montsame informasiya agentliyinə istinadla xəbər verir ki, yeni qaydalara əsasən, azyaşlının bu nəqliyyat vasitələrini idarə etdiyi müəyyən olunarsa, onun valideynləri və ya qanuni qəyyumları, eləcə də nəqliyyat vasitəsini təqdim edən və ya icarəyə verən şəxs, müəssisə hüquqi məsuliyyət daşıyacaq.
Monqolustanın Yol və Nəqliyyat Nazirliyi bildirib ki, son iki ildə elektrikli nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzaların sayının kəskin artması bu məhdudiyyətlərin tətbiqinə səbəb olub. 2024-cü ildə bu nəqliyyat vasitələri ilə bağlı 532 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 3 nəfər həlak olub.
