Fransada 2027-ci il prezident seçkilərinin tarixləri müəyyənləşib

A- A A+

Fransada 2027-ci il prezident seçkilərinin birinci turunun aprelin 18-də, ikinci turunun isə mayın 2-də keçirilməsi planlaşdırılır.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ouest-France qəzeti məlumat yayıb.

Fransa Konstitusiyasına əsasən, prezident seçkilərinin birinci turu fəaliyyət göstərən dövlət başçısının səlahiyyət müddətinin başa çatmasına 35–20 gün qalmış keçirilməlidir. Hazırkı prezidentin mandatı gələn il mayın 14-də başa çatdığı üçün qanuni müddət 9–24 aprel tarixlərini əhatə edir.

Hökumət tərəfindən bu məsələ ilə bağlı əlavə rəsmi açıqlama verilməyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: