Amerikalı idmançı Sanqar boğazını üzüb keçərək tarixi rekorda imza atıb

A- A A+

Amerikalı idmançı Rob Lea Yaponiyanın Honşu və Hokkaydo adaları arasındakı Sanqar boğazını üzərək keçib. Beləliklə, o, açıq suda üzgüçülük üzrə "Yeddi Okean" (dünyanın yeddi ən çətin boğazı) və alpinizm üzrə "Yeddi Zirvə" çağırışlarını tamamlayan ilk şəxs olub.

NUHÇIXAN Yaponiyanın Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, 45 yaşlı idmançı 40 kilometrlik məsafəni 11 saat 43 dəqiqə 35 saniyəyə qət edib.

Xatırladaq ki, güclü cərəyanları ilə tanınan Sanqar boğazı dünyanın açıq suda üzmək üçün ən çətin marşrutlarından biri hesab olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: