Vens: Hörmüz boğazından keçidə görə rüsum tətbiq olunmayacaq

A- A A+

Hörmüz boğazının rüsumlardan azad olacağına tam əminəm.

NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vens bildirib.

Onun sözlərinə görə, ABŞ-nin İran üzərində hələ də kifayət qədər təsir imkanları var və Vaşinqton vəziyyətin ABŞ-nin məqsədlərinə uyğun şəkildə həllinə nail olacağına inanır.

Vens, həmçinin qeyd edib ki, ABŞ-nin blokadanı ləğv etməsindən sonra İran 40 milyondan çox barel neft ixrac edib.

Xatırladaq ki, "The New York Times" qəzeti daha əvvəl Omanın ABŞ-yə və digər Qərb ölkələrinə Hörmüz boğazından keçən gəmilər üçün rüsum tətbiq olunmasını nəzərdə tutan rəsmi təklif təqdim etdiyini yazmışdı. Məlumata görə, təklifdə gəmiçilik şirkətlərindən boğazdan istifadə müqabilində xidmət haqqının alınması nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: