Venesuelada talançılıqda ittiham olunan dörd polis saxlanılıb

A- A A+

Venesuelanın hakimiyyət orqanları La-Quayra ştatında zəlzələ nəticəsində dağılmış binaların dağıntıları altında tapılan əşyaları mənimsəyən dörd polis əməkdaşını saxlayıb.

NUHÇIXAN “Europa Press” agentliyinə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları vəzifələrindən azad ediliblər və yaxın zamanlarda məhkəmə qarşısına çıxarılacaqlar. Yerli media əvvəllər də La-Quayra ştatında çoxsaylı talançılıq halları barədə məlumat vermişdi.

Xatırladaq ki, iyunun 24-də Venesuelada iki güclü zəlzələ baş verib. ABŞ Geoloji Xidmətinin məlumatına görə, birinci zəlzələnin gücü 7,2, ikincisi isə 7,5 bal olub. Son məlumatlara görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 1943 nəfərə çatıb, 10 mindən çox insan isə xəsarət alıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: