Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin dəvəti ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 2-3 iyul tarixlərində bu ölkəyə dövlət səfəri edəcək.
NUHÇIXAN rəsmi UZA agentliyinə istinadla xəbər verir ki, səfər proqramına Gürcüstan Prezidenti Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidze ilə danışıqlar daxildir. Gündəlikdə Özbəkistan-Gürcüstan dostluq və çoxşaxəli əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi məsələləri yer alır.
Səfər zamanı siyasi dialoqun gücləndirilməsinin, parlamentlərarası və regionlararası əlaqələrin inkişafının, iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsinin, mədəni və humanitar mübadilələrin intensivləşdirilməsinin praktik aspektləri də müzakirə olunacaq.
Tərəflər sənaye, əczaçılıq, kimya, kənd təsərrüfatı, turizm, enerji və İT sektorunda əməkdaşlıq layihələrinin təşviqinə xüsusi diqqət yetirəcəklər.
Hər iki ölkə üçün prioritetlər nəqliyyat və logistika sahəsində əməkdaşlıq və yerli məhsulların ixrac coğrafiyasının genişləndirilməsi üçün əlavə imkanlar yaratmaqdır.
Liderlər, həmçinin aktual beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.
Danışıqlardan sonra əməkdaşlığın müxtəlif sahələrini əhatə edən sənədlərin imzalanması planlaşdırılır.
